8 Mart- bütün dünyanın her il qeyd etdiyi Beynəlxalq Qadınlar adınlar Günüdür. Bütün qadınlar üçün özəl olan bu gün 1857 -ci ilin 8 martında ABŞ -ın Nyu-York şəhərində, geyim sektorunda çalışan qadınların pis iş şəraitinə, iş saatlarının uzun olmasına, maaşın az olmasına etiraz edərək birlik göstərdiyi bir tarixə bağlanır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1977 - ci il dekabrın 16-da qəbul etdiyi qərara əsasən 8 mart - Beynəlxalq Qadınlar Günü kimi təsdiq edildi.Qadın- bəşəriyyətin ən gözəl yaradılışı, bir o qədər güclü bir o qədər də zərif varlıq. Qadın elə bir varlıqdır ki, onun haqqında saatlarca danışsan belə kifayət etməz. İspanlar qadınlar haqqında qeyd edir: "Qadına nə etmək olmaz söylərsənsə,onun nələr edəcəyi haqqında ona yol göstərmiş olarsan" Həqiqətən də günümüzdə qadınlar cəmiyyətin bütün həyatında aktiv iştirak edərək, ilklərə imza ataraq "qadınlar zəif varlıqdır "ifadəsinin əksini sübut edirlər.Azərbaycanın şərqdə ilk dəfə olaraq öz qadınına seçmək və seçilmək hüququ verməsi, bu dövlətin öz qadınına verdiyi dəyərin ən bariz nümunəsidir. Azərbaycan qadını tarixin bütün dönəmlərində öz cəsurluğu, məğrurluğu, bacarığı, savadı və istedadı ilə seçilərək hər zaman öndə olmuşdur.Azərbaycan qadını dedikdə, düşmənə qan udduran hökmdar qadın Tomris, şərqin ilk diplomat qadını Sara Xatun, övladını yalnız qoyub döyüş meydanında öz əsgərinin həyatını xilas edən həkim Gültəkin Əsgərova, düşmənlə öz qələmi ilə mübarizə aparan milli qəhrəman Salatın Əsgərova, o cümlədən 44 günlük müharibənin ilk qəhraman qadın şəhidi Arəstə Baxışova gözlər önündə canlanır ki, onların hər biri Azərbaycan qadınının simasını əks etdirən bir qəhrəmanlıq simvoludurlar.Müasir Azərbaycan dövlətçilik həyatında Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən gender bərabərliyi siyasəti bu gündə uğurla inkişaf etdirilir. Heydər Əliyev hər zaman cəmiyyət həyatında qadınların fəaliyyətinin vacibliyini vurğulayır, onların əməyini yüksək qiymətləndirirdi. Bu siyasətin davamı olaraq bu gün Azərbaycan qadınının roluna nəzər salsaq görərik ki, Azərbaycan qadını təhsil, siyasi, iqtisadi, mədəni sahələrin hər birində ən aparıcı mövqedə dayanır. Bu gün Azərbaycan qadını öz şagirdlərinə vətənini sevdirməyi bacaran bir müəllim, öz xəstələrinin həyatını xilas etməyi bacaran bir həkim,öz dövlətini dünya arenalarında layiqincə təmsil etməyi bacaran bir diplomat,vətən bayrağını zirvələrdə dalğalandırmağı bacaran bir idmançıdır. Bu gün Azərbaycan qadını vətəni üçün onu müqəddəratını öz həyatı bahasına dəyişdirən qəhramanlar yetişdirən bir anadır.8 Mart- Beynəlxalq Qadınlar Günü hər ölkəmizdə də xüsusi özəlliklə qeyd edilir. Bu gün də bütün qadınlar öz ölkə başçısı tərəfindən təbrik edilir və ölkə həyatında müstəsna xidmətləri olan bütün qadınlar ölkə başçısının göstərişi ilə müxtəlif orden və medallarla təltif edilirlər. Başda şəhid anaları olmaqla bütün Azərbaycan qadınlarını bu gün münasibətilə təbrik edir, onlara hər zaman necə ki, varlar güclü, mətin, məğrur qalmaqlarını arzu edirik!Natəvan Quliyeva,Xocalı rayon ziyalısı